Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda səfərdə olan HƏMAS-ın Siyasi Bürosunun üzvü Basem Nəimlə görüşüb və tərəflər Fələstindəki son hadisələri müzakirə ediblər.
"Far.Az" xəbər verir ki, bu barədə A. Əraqçi "Telegram" kanalında məlumat yayıb.
HƏMAS-ın siyasi bürosunun üzvü Fələstindəki son hadisələr və İsrailin Qəzza zolağında, İordan çayının Qərb sahilində atdığı addımlar barədə Əraqçini məlumatlandırıb:
"İsrailin Baş naziri (Benyamin Netanyahu-red.) müharibəni davam etdirib Qəzza zolağına humanitar yardımların qarşısının almaq niyyətindədir. Məqsəd fələstinliləri məcburi köçkünə çevirməkdir".
İranın XİN başçısı Tehranın Fələstini dəstəklədiyini və paytaxtı Şərqi Qüds olan dövlətin yaranması üçün səy göstərəcəklərini vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
"Atropatena – Adorbayqan adlı dövlətin yaranması" kitabının təqdimatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













