Sesk Fabreqas İtaliya A Seriyasında 2025/2026 mövsümünün ən yaxşı baş məşqçisi seçilib
"Komo" klubunu çalışdıran Sesk Fabreqas İtaliya Futbolçular Assosiasiyasının (AIC) versiyasına görə, A Seriyasında 2025/2026 mövsümünün ən yaxşı baş məşqçisi seçilib.
"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı ispaniyalı mütəxəssisin birinci olduğu sorğunun qalibi futbolçular arasında səsvermə ilə müəyyənləşdirilib.
Mükafatlandırma mərasimi Milanın "La Skala" teatrında təşkil olunub. Mövsümün ən yaxşı futbolçusu "İnter"in müdafiəçisi Federiko Dimarko, ən yaxşı klubu isə "İnter" seçilib. "Komo"nun yarımmüdafiəçisi Niko Pas ən yaxşı gənc oyunçu, "Yuventus"un üzvü Fransişku Konseysau ən gözəl qolun müəllifi adını qazanıb.
Mövsümün rəmzi komandasına Mile Svilar ("Roma"), Marko Palestra ("Empoli"), Alessandro Bastoni, Manuel Akanji, Federiko Dimarko, Hakan Çalhanoğlu (hamısı "İnter"), Skott Maktominey ("Napoli"), Luka Modriç ("Milan"), Niko Pas ("Komo"), Lautaro Martines ("İnter") və Doniell Malen ("Roma") daxil ediliblər.
Qeyd edək ki, Sesk Fabreqas 2024-cü ildən "Komo"ya rəhbərlik edir. Ötən mövsüm 71 xal toplayan komanda İtaliya A Seriyasında 4-cü yeri tutub və tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Yusif Eyvazov dünyanın ən nüfuzlu opera səhnəsi olan La Skala teatrında çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həkimlərin maaşı 3 000 manata çatacaq – YENİ SİYAHI
-
İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
-
Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
Azərbaycanın turizm sektoru yay mövsümündən necə çıxıb? - ARAŞDIRMA
-
"Yandex" axtarış sisteminin Azərbaycandakı payı 9 dəfə azalıb













