BMT rəsmisi: Azərbaycanda minatəmizləmə ərazilərin gələcək təyinatı nəzərə alınmaqla həyata keçirilir
Far.Az xəbər saytı

BMT rəsmisi: Azərbaycanda minatəmizləmə ərazilərin gələcək təyinatı nəzərə alınmaqla həyata keçirilir


Azərbaycanda minatəmizləmə ərazilərin gələcək təyinatı nəzərə alınmaqla həyata keçirilir və birbaşa "Böyük Qayıdış" proqramı, eləcə də regional planlaşdırma ilə bağlıdır.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı ofisinin rəhbəri Anna Soave Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində panel müzakirəsində deyib.

Onun sözlərinə görə, artıq 103 min hektardan çox ərazi mənzil tikintisi və müvafiq infrastrukturun yaradılması üçün təmizlənib:

"Eyni zamanda, avtomobil yollarının, enerji infrastrukturunun və s. tikintisi üçün də böyük ərazilər minalardan təmizlənib. Səkkizdən çox şəhərdə, eləcə də yüzlərlə qəsəbə və kənddə yeni planlaşdırma işləri aparılır və minatəmizləmə yalnız ilk addımdır".

A.Soave həmçinin vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda yeni idarəetmə modeli minatəmizləmə, ərazilərin bərpası və əhalinin qayıdışı üzrə işlərin əlaqələndirilməsini təmin edir.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər