Bakıda avtobuslar ən çox bu yollarda tıxaca düşür - SİYAHI
Far.Az xəbər saytı

Bakıda avtobuslar ən çox bu yollarda tıxaca düşür - SİYAHI


Bakıda günün xüsusilə pik saatlarında yollarda yaranan nəqliyyat sıxlığı ictimai nəqliyyatın hərəkətinə də təsirsiz ötüşmür.

Bir sıra istiqamətlərdə avtobusların ləngiməsi sərnişinlərin dayanacaqlarda daha uzun müddət gözləməsinə səbəb olur. Bu isə paytaxtda gündəlik gediş-gəliş zamanı əlavə vaxt itkisi yaradır.

Bəs paytaxtda hansı istiqamətlərdə avtobuslar daha çox nəqliyyat sıxlığı ilə üzləşir və hərəkət intervallarında artım müşahidə olunur? "BakuBus" MMC-nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, paytaxtın bir sıra əsas prospekt və küçələrində, xüsusilə səhər və axşam pik saatlarında yaranan nəqliyyat sıxlığı avtobusların hərəkətinə və marşrutlar üzrə müəyyən edilmiş intervalların qorunmasına təsir göstərir:

"Ən çox nəqliyyat sıxlığı Moskva prospektində və Həsən Əliyev küçəsində hər iki istiqamətdə, həmçinin Xətai prospekti, Kövkəb Səfərəliyeva, Abbasqulu Abbaszadə və Fətəli xan Xoyski küçələrində müşahidə olunur.

Bununla yanaşı, Azadlıq, Xocalı və Qara Qarayev prospektlərində, Zabrat–Sabunçu yolunda, eləcə də Aeroport yolunda yaranan nəqliyyat sıxlığı və tətbiq olunan hərəkət məhdudiyyətləri avtobusların hərəkət intervallarında artıma səbəb olur.

Qeyd edək ki, "BakuBus" MMC tərəfindən avtobusların hərəkəti Monitorinq Mərkəzi vasitəsilə daim izlənilir və sərnişindaşıma xidmətinin müəyyən edilmiş qrafikə uyğun təşkili istiqamətində müvafiq tədbirlər görülür".

Orxan Hüseyn

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər