Azərbaycanda ofşor elektrik stansiyaları üçün külək resurslarının qiymətləndirilməsinə başlanılıb
Azərbaycanda ofşor külək energetikası sahəsində hər biri 200 meqavat gücündə nəzərdə tutulmuş üç layihə ilkin qiymətləndirmə mərhələsindədir.
"Far.Az" xəbər verir ki, bunu "SOCAR Green"in Texnologiyalar və innovasiyalar departamentinin direktoru Elçin Tarquliyev "Azərbaycanda infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerjinin saxlanılması üçün həllər" adlı vebinarda deyib.
"Bu layihələr üçün ilk torpaq sahələri artıq razılaşdırılıb, üstəlik onlardan birində külək resurslarının qiymətləndirilməsi üzrə işlər artıq aparılır. Qalan iki sahədə isə tədqiqatlar yaxın zamanda başlanılacaq. Lakin söhbət yalnız xeyli daha böyük layihələrdən əvvəl həyata keçirilən pilot təşəbbüslərdən gedir", - o vurğulayıb.
E.Tarquliyev xatırladıb ki, ilkin proqnozlara görə, 2040-cı ilə qədər ölkədə ofşor külək enerjisi istehsalının həcmi təxminən 6-7 giqavata çatacaq.
Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) hesabatına əsasən, Azərbaycanın dəniz külək enerjisinin texniki potensialı 150 giqavatdan çoxdur. Kommersiya baxımından reallaşdırıla bilən potensialın ilkin qiymətləndirmələri təxminən 38 giqavat səviyyəsindədir.
Oxşar xəbərlər
Azərbaycanda Energetiklər Günü qeyd olunur
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
Azərbaycanın turizm sektoru yay mövsümündən necə çıxıb? - ARAŞDIRMA
-
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
-
"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər













