Azərbaycanın daha bir cüdoçusu Məhəmməd Musayev Avropa çempionu olub - YENİLƏNİB
Far.Az xəbər saytı

Azərbaycanın daha bir cüdoçusu Məhəmməd Musayev Avropa çempionu olub - YENİLƏNİB


Azərbaycanın daha bir cüdoçusu Məhəmməd Musayev Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

"Far.Az" xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici mərhələdə Serbiya təmsilçisi Marko Yorgiçə ipponla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur. Daha əvvəl digər təmsilçilərimizdən Ayxan Mirzəzadə (60 kq) qızıl medala sahib çıxıb. Xədicə Qədəşova (57) isə bürünc medal uğrunda görüşə qatılacaq.

Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

"Far.Az" xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici mərhələdə Fransa təmsilçisi Lüsien Tiksyeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur. Bu gün digər təmsilçilərimizdən Məhəmməd Musayev (66 kq) qızıl, Xədicə Qədəşova (57) isə bürünc medal uğrunda görüşə qatılacaq.

Oxşar xəbərlər

Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
Hidayət Heydərov Avropa çempionatının gümüş medalını qazanıb - YENİLƏNİB-4
Avropa çempionatı: Balabəy Ağayev də bürünc medal uğrunda görüşə vəsiqə əldə edib - YENİLƏNİB-10
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər