Səudiyyə Ərəbistanında 11 PUA və bir ballistik raket məhv edilib
Far.Az xəbər saytı

Səudiyyə Ərəbistanında 11 PUA və bir ballistik raket məhv edilib


Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası dünən ölkənin müxtəlif bölgələrinə yönələn 11 pilotsuz uçuş aparatı (PUA) və bir ballistik raketin qarşısının alındığını açıqlayıb.

Far.Az xəbər verir ki, koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki ABŞ mərkəzli X sosial şəbəkəsindəki hesabında hücumlarla bağlı məlumat verib.

Onun sözlərinə görə, husilərin Səudiyyə Ərəbistanının cənub bölgəsinə doğru buraxdığı iki PUA zərərsizləşdirilib. Bundan əvvəl isə Nəcran istiqamətində buraxılan bir ballistik raketin məhv edildiyi bildirilib.

Əl-Maliki Ər-Riyad və Mədinə bölgələrində dörd, həmçinin Ər-Riyad istiqamətində əlavə bir PUA-nın qarşısının alındığını qeyd edib. Ölkənin şərq bölgəsində isə dünən səhər saatlarında daha dörd PUA məhv edilib.

Koalisiya sözçüsü PUA-ların haradan buraxıldığı, eləcə də hadisələr nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verməyib.

Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi 2014-cü ilin sentyabrında İranın dəstəklədiyi husilərin paytaxt Səna və bir sıra vilayətləri nəzarətə götürməsindən sonra başlayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini dəstəkləyir.

Son dövrlərdə Yəmən hökumət qüvvələri ilə husilər arasında toqquşmaların artdığı bildirilir. İranın dəstəklədiyi husilər isə hücumlara məruz qaldıqlarını iddia edərək Səudiyyə Ərəbistanını ballistik raketlər və PUA-larla hədəf alırlar.

Oxşar xəbərlər

AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Beynəlxalq konfrans iştirakçıları Qarabağın müxtəlif bölgələrinə səfər edib
Azərbaycanın bu bölgəsinə 150 sm QAR YAĞIB
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər