ABŞ Kubanın 5 təşkilatına və Raul Kastronun nəvəsinə qarşı sanksiyalar tətbiq edib
Far.Az xəbər saytı

ABŞ Kubanın 5 təşkilatına və Raul Kastronun nəvəsinə qarşı sanksiyalar tətbiq edib


ABŞ 5 Kuba təşkilatına və ölkənin keçmiş prezidentinin nəvəsi Fidel Ernesto Kastro Kalisə qarşı sanksiyalar tətbiq edib.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubionun Dövlət Departamentinin saytında dərc olunan bəyanatında bildirilib.

Bu təşkilatlar Kubanın maliyyə, metallurgiya və mədən sənayesi, həmçinin enerji sektorları ilə əlaqəlidir.

Rubionun sözlərinə görə, yeni məhdudiyyətlər adanın indiki hakimiyyətini dəstəkləyən və onların ölkə iqtisadiyyatı üzərində nəzarətinin qorunub saxlanmasına kömək edən qurum və şəxslərə qarşı yönəlib.

Xüsusilə "Banco Exterior de Cuba", həmçinin Kubanın təbii resurslarını və ya enerji ehtiyatlarını hakimiyyətin maraqları naminə istismar edən dörd təşkilat sanksiyalar siyahısına düşüb.

Dövlət katibi iddia edib ki, Kuba xalqı çətinliklərlə üzləşdiyi halda, Kastro ailəsi və onun Kuba Daxili İşlər Nazirliyindəki tərəfdarları adanın iqtisadiyyatı üzərində tam nəzarəti saxlamağa davam edir, resursları hakimiyyət nümayəndələrinin kiçik bir qrupunun maraqları naminə cəmləşdirir.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər