ABŞ hökumətinin maliyyələşdirilməsi dekabrın 11-dək uzadılıb
Far.Az xəbər saytı

ABŞ hökumətinin maliyyələşdirilməsi dekabrın 11-dək uzadılıb


ABŞ Prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsinin 11 dekabr 2026-cı ilədək uzadılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sənəd federal qurumların 11 dekabr 2026-cı ilədək maliyyələşdirilməsini təmin edir.

Qanun layihəsi daha əvvəl ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənib. Sənədə əsasən, maliyyə ilinin başa çatmasından sonra federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsi mövcud səviyyədə davam etdiriləcək.

Qanunun qəbul edilməsində əsas məqsəd noyabr ayında Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində və seçkilər zamanı federal hökumətin fəaliyyətinin dayandırılması ("şat daun") riskinin qarşısını almaqdır.

Qeyd edək ki, son bir il ərzində ABŞ federal hökuməti maliyyələşdirmənin dayandırılması ilə əlaqədar misli görünməmiş uzunmüddətli iki dövrlə üzləşib. ABŞ-da maliyyə ili oktyabrın 1-dən növbəti ilin sentyabrın 30-dək davam edir. Konqresə aralıq seçkilərin 3 noyabr 2026-cı ildə keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər