Region teatrlarında rəhbər vəzifələr üçün müsabiqəyə 191 müraciət daxil olub
Far.Az xəbər saytı

Region teatrlarında rəhbər vəzifələr üçün müsabiqəyə 191 müraciət daxil olub


Mədəniyyət Nazirliyinin regionlardakı dövlət teatrlarında direktor və direktor müavini vəzifələri üçün elan etdiyi müsabiqəyə, ilkin məlumata görə, 191 müraciət daxil olub.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ilkin dəyərləndirmələr nəticəsində 184 müraciət müsabiqədə iştirak üçün qəbul edilib.

Üzərində düzəliş edilməsi üçün 4 müraciət geri qaytarılıb, 3 müraciətdən isə imtina olunub.

Xatırladaq ki, müsabiqəyə müraciət avqustun 31-də başa çatıb. Hazırda digər müraciətlər üzrə dəyərləndirmələr davam etdirilir.

Oxşar xəbərlər

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Nazirliyin teatr sektorunun müdiri: İslahatlardan sonra kiminsə işsiz qalmaq təhlükəsi yoxdur – MÜSAHİBƏ
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər