Gürcüstanlı jurnalist və bloqerlər Şuşa şəhərinə səfər ediblər
Far.Az xəbər saytı

Gürcüstanlı jurnalist və bloqerlər Şuşa şəhərinə səfər ediblər


Gürcüstanlı jurnalist və bloqerlər Şuşa şəhərinə səfər ediblər.

"Far.Az"un Şuşaya ezam olunmuş əməkaşı xəbər verir ki, səfər çərçivəsində qonaqlar ilk olaraq Şuşa şəhəri üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin binası qarşısına gəliblər.

Burada media mənsublarına şəhərin tarixi, mədəniyyət abidələri, eləcə də Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər haqqında ətraflı məlumat verilib.

Qonaqlar, eyni zamanda, Azərbaycanın görkəmli şəxsiyyətlərinin güllələnmiş büstlərinə baxıblar.

​Daha sonra media nümayəndələri Xurşidbanu Natəvanın saray kompleksinin qalıqları ilə tanış olublar. Onlara şairənin həyat və yaradıcılığı, eləcə də ev-muzeyinin əvvəlki vəziyyəti və mövcud durumu barədə məlumat çatdırılıb.

Qonaqlar səfər zamanı Şuşa qalasında da olublar. Qalanı gəzdikdən sonra media nümayəndələri Azərbaycan və Gürcüstan bayraqdarları ilə Qala divarlarının qarşısında xatirə şəkili çəkdiblər.

Səfər çərçivəsində, həmçinin Gövhər ağa məscidi ziyarət edilib.

Sonda media nümayəndələri Cıdır düzündə olub. Onların növbəti səfəri Gəncə şəhərinədir.

Oxşar xəbərlər

Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar
Bakıda Zəfər muzeyinin açılışı olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Azərbaycan və BƏƏ prezidentləri Şuşada güllələnmiş heykəllərə baxıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər