Gürcüstanlı bloqer və jurnalistlər Gəncəyə səfər ediblər
Gürcüstandan olan bir qrup bloqer və jurnalistin Gəncə şəhərinə səfəri başlayıb.
"Report"un Qərb bürosunun məlumatına görə, qonaqlar ilk olaraq Gəncə Memorial kompleksini ziyarət ediblər.
Kompleksə baxış zamanı qeyd olunub ki, 2022-ci ilin yanvarında təməli qoyulan bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Kompleksdə şəkillər və eksponatlarla tanış olan gürcü jurnalist və bloqqerlərin diqqətinə çatdırılıb ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə, 2020-ci il oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələrinin "Toçka-U", "Smerç", "SCUD" və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb.
Daha sonra qonaqlar Xan Bağı və Cümhuriyyət muzeyi ilə tanış olublar, şəhər mərkəzində gəziblər.
Qeyd edək ki, gürcüstanlı bloqer və jurnalistlər səfər çərçivəsində Gəncədən əvvəl Ağdam, Şuşa və Xankəndidə olublar.
Oxşar xəbərlər
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
"Qaradağ" GES-də istehsalın həcmi açıqlanıb
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı













