Ermənistan Azərbaycanla birgə ekoloji layihələr həyata keçirməyə ümid edir
Ermənistan sərhədin demarkasiyası üzrə işlər aparıldıqdan sonra Azərbaycan və digər qonşu ölkələrlə transsərhəd ekoloji layihələrin həyata keçirilməsinə ümid edir.
"Far.Az" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin ətraf mühit naziri, COP17-nin prezidenti Ambartsum Matevosyan İrəvanda keçirilən mətbuat konfransında bildirib.
"Mən çox ümid edirəm ki, təkcə Azərbaycan Respublikası ilə deyil, həm də bütün qonşu ölkələrimizlə transsərhəd ekoloji layihələri birgə həyata keçirmək imkanımız olacaq. Artıq deyildiyi kimi, bu cür imkanlar müxtəlif fondlar çərçivəsində ölkələrə təqdim olunur ki, ölkələr vahid, hərtərəfli paket təqdim edə bilsinlər", - Matevosyan qeyd edib.
Onun sözlərinə görə, demarkasiya işləri başa çatdıqdan sonra əvvəlki onilliklərdə qeydə alınmış ekoloji itkilərin bərpası probleminin həlli üçün də imkan yaranacaq.
Nazir sülh gündəliyinin möhkəmləndirilməsinin və Azərbaycanla sərhədin demarkasiyası prosesinin irəlilədilməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
"Qaradağ" GES-də istehsalın həcmi açıqlanıb
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı













