Nani "Aktobe" klubundan ayrılacağını açıqlayıb
Far.Az xəbər saytı

Nani "Aktobe" klubundan ayrılacağını açıqlayıb


Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrılacağını açıqlayıb.

"Far.Az" xəbər verir ki, 39 yaşlı cinah oyunçusu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

O, "Aktobe"nin heyətində son ev oyununu keçirdiyini bildirərək klubda yaşadığı günlərin və Qazaxıstanda gördüyü isti münasibətin xatirəsinin yaddaşında qalacağını vurğulayıb. Futbolçu çempionatda daha bir matçının qaldığını qeyd edib.

Nani bu ilin yanvarında "Aktobe" ilə müqavilə imzalayaraq futbolçu karyerasını bərpa edib. O, Qazaxıstan klubunun heyətində 25 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Nani karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", Türkiyənin "Fənərbağça", ABŞ-nin "Orlando Siti", İspaniyanın "Valensiya" və İtaliyanın "Latsio" klublarında çıxış edib.

Oxşar xəbərlər

Nani karyerasını "Aktobe"də davam etdirəcək
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər