Maka Boçorişvili ATƏT-in komissarı ilə Gürcüstanın milli azlıqlarla bağlı siyasətini müzakirə edib
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ATƏT-in milli azlıqlar üzrə ali komissarı Kristof Kamp ilə görüşüb.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, görüş Kristof Kampın Gürcüstana ilk işgüzar səfəri çərçivəsində keçirilib.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Kampın səfəri zamanı müzakirə olunan məsələləri, eləcə də Gürcüstanın milli azlıqlarla bağlı dövlət siyasətini nəzərdən keçiriblər.
M.Boçorişvili ATƏT-in ali komissarına səmərəli əməkdaşlığa görə təşəkkür edib.
Görüşdə ATƏT-in Gürcüstandakı münaqişələrin sülh yolu ilə həllinə verdiyi töhfə və təşkilatın, o cümlədən Cenevrə Beynəlxalq Müzakirələri formatı çərçivəsində rolu da müzakirə olunub.
Oxşar xəbərlər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













