Baku TV turistlərin Şuşada qayaları yazaraq şəhərin tarixi və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb
Far.Az xəbər saytı

Baku TV turistlərin Şuşada qayaları yazaraq şəhərin tarixi və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb


Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər.

"Far.Az" xəbər verir ki, bu barədə Baku TV süjet hazırlayıb.

Süjetdə bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi belə halların ilk olmadığını, maarifləndirmə və cərimələrin nəticə vermədiyini qeyd edir.

"Burada məsələ yalnız bir daşın üzərinə yazılan yazıdan getmir. Şuşa kimi tarixi şəhərdə təbii qayalar, daşlar və digər səthlər şəhərin ümumi simasının bir hissəsidir. Onlara edilən hər bir müdaxilə həmin simaya vurulan zərbədir".

Şəhid Teymur Abbasovun həyat yoldaşı Sonaxanım Abbasova Baku TV-yə bildirib ki, bu kimi hərəkətlər çox pis təsir edir.

Qazi anası Sevda Əliyevanın sözlərinə görə, işğal altında olan torpaqlar çox böyük əziyyətlə geri qaytarılıb:

"Onların ayaq qoyduğu, qanı bahasına aldığı torpaqları zibilləmək başa düşülən deyil. Mən ayağımı oraya qoymağa qıymıram ki, bəlkə orada hansısa şəhidin qanı var".

Şəhid atası Habil Cabbarov deyib ki, təkcə Şuşadakı qayalar deyil, bulaqlarda da bu vəziyyət müşahidə edilir:

"Gedib bulaqların üstünü korlayırlar. O qayalar, əslində, tarixi abidədir. Həm də igidlərimizin dişləri, dırnaqları ilə qalxdıqları tarixi bir yerdir. Çox istəyərdim ki, bu hallar bir də yaşanmasın".

Vətən müharibəsi qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov vurğulayıb ki, Şuşanın Cıdır düzünün qayalarına, daşlarına adların yazılması düzgün deyil:

"Dövlətimiz şəhidlərin xatirəsini onların adlarına layiq şəkildə yaşadır. Xiyabanlarımız, parklarımız, memorial komplekslərimiz var".

Baku TV turistlərin Şuşada qayaları yazaraq şəhərin tarixi və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər