Pit Heqset İranı hədələyib: Tankerlərini məhv edəcəyik və batıracağıq
Far.Az xəbər saytı

Pit Heqset İranı hədələyib: Tankerlərini məhv edəcəyik və batıracağıq


ABŞ-ın müdafiə naziri Pit Heqset İrana xəbərdarlıq edib.

"Report"un məlumatına görə, nazir regionda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücumları davam etdirəcəyi təqdirdə, Tehranın tankerlərini məhv edib batıracaqları ilə hədələyib.

"Hər şey sadədir: İran ABŞ gəmilərinə atəş açarsa, biz onların tankerlərini məhv edəcəyik və batıracağıq. Onlardan tələb olunan yeganə şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır", - deyə o əlavə edib.

Onun sözlərinə görə, İranın tanker donanması müdafiəsiz vəziyyətdədir. Hegset bildirib ki, İranın nə hərbi dəniz, nə də hava qüvvələri var və ABŞ-ın təyyarələri, gəmiləri və sualtı qayıqları bütün İran tankerlərinə zərbələr endirmək imkanına malikdir.

Oxşar xəbərlər

Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İran hərbi gəmiləri Bakı limanını tərk etdi
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər