Britaniyanın sahil mühafizəsi La-Manşda 140 qanunsuz miqrantı daşıyan qayığı saxlayıb
Far.Az xəbər saytı

Britaniyanın sahil mühafizəsi La-Manşda 140 qanunsuz miqrantı daşıyan qayığı saxlayıb


Britaniyanın sahil mühafizəsi La-Manş boğazında 140 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb.

"Report" bu barədə "Sky News" telekanalına istinadən xəbər verir.

Məlumata görə, əməliyyatda xilasetmə qayıqları, bir helikopter və Britaniya sahil mühafizəsinin təyyarəsi iştirak edib. Saxlanılan gəmi Fransanın şimal-qərbindəki Normandiya bölgəsində yerləşən Jobur kommunasından İngiltərənin Hempşir qraflığının sahillərinə doğru hərəkət edirdi.

Miqrantlar Krallığın Milli Xilasedici Cəmiyyətinin xilasetmə qayıqlarına köçürülərək Portsmuta aparılıb. Onların sonra miqrantlar üçün müvəqqəti saxlama mərkəzinin yerləşdiyi Manstona aparılacağı gözlənilir.

2018-ci ildən bəri 205 000-dən çox qanunsuz miqrant şişmə qayıqlarla La-Manş boğazından Böyük Britaniyaya keçib. "Brexit"in lehinə əsas arqumentlərdən biri olmasına baxmayaraq, qanunsuz miqrasiya məsələsi Böyük Britaniya üçün Avropa İttifaqından çıxdıqdan sonra daha da aktuallaşıb.

Oxşar xəbərlər

Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Brexit-in 10 illiyi: Böyük Britaniyanın uğuru, problemlər - ŞƏRH
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər