"Reuters": AfD Saksoniya-Anhalt əyalət parlament seçkilərində liderlik edir
Far.Az xəbər saytı

"Reuters": AfD Saksoniya-Anhalt əyalət parlament seçkilərində liderlik edir


"Almaniya üçün Alternativ" (AfD) Partiyası Saksoniya-Anhalt federal ərazisinin parlament seçkilərində səslərin 44 %-ni qazanıb.

"Report"un "Reuters"ə istinadən xəbərinə görə, bunu "exit-poll"un məlumatları göstərir.

Agentlik qeyd edir ki, bu, sağçı-populist partiyanı birinci yerə çıxarır və Almaniyanın müharibədən sonrakı tarixində ilk dəfə əyalət səviyyəsində hakimiyyətə gəlməsinə imkan yaradır.

Kansler Fridrix Mertsin mühafizəkar bloku (Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı (XDİ/XSİ) və Almaniya Sosial Demokrat Partiyası (SDP) ciddi məğlubiyyətə uğrayıb. Bu arada, Saksoniya-Anhaltda seçicilərin 87 %-i federal hökumətdən narazılığını bildirib. Seçkilərdə iştirak təxminən 77 % təşkil edib.

Hökumət qurmaq üçün AfD əyalət parlamentində yerlərin əksəriyyətini təmin etməlidir. Almaniyanın bütün əsas partiyaları əvvəllər AfD ilə əməkdaşlığı istisna etmişdilər, lakin partiya ilkin nəticələrə görə, 5,1 % səslə həddi keçən BSW ("Sahra Wagenknecht Alyansı") ilə koalisiyanı nəzərdən keçirə bilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər