ABŞ-də silahlı kişi qubernatorluğa namizədə hücum etməyə cəhd göstərib
Far.Az xəbər saytı

ABŞ-də silahlı kişi qubernatorluğa namizədə hücum etməyə cəhd göstərib


ABŞ-də kişi seçki kampaniyası zamanı Demokratlar Partiyasından Ohayonun qubernatoru vəzifəsində namizəd Emi Aktona hücuma, yolda daha bir neçə nəfəri yaraladığına görə həbs edilib.

"Far.Az"un məlumatına görə, bu barədə CNBC seçkiöncəsi qərargahın nümayəndəsi Eddi Bullok və dairə şerifi Cerri Qrinə istinadən xəbər verib.

Şerifin sözlərinə görə, 38 yaşlı Patrik Havas Aktonun çıxış etdiyi Demokratlar Partiyasının çadırına girib, telefonu ilə onu çəkməyə başlayıb və sonra izdihamın arasından onu itələyib.

Keçmiş demokrat konqresmen Con Boççieri telekanala bildirib ki, kişi izdihamın arasından qaçıb və insanları Ektona tərəf itələməyə başlayıb.

Nəticədə, onun qarşısında dayanan iki yaşlı iştirakçı yıxılıb. Boççerinin sözlərinə görə, onlardan biri yıxılarkən başından zədələnib.

Polis əməkdaşları kişini yerə yıxıblar.

O, saxlanıldıqda üzərində iki odlu silah və mis dəyənək tapılıb. Lakin şerifin sözlərinə görə, kişi hadisə zamanı onlardan istifadə etməyib.

Şübhəli şəxsə iki hücum və ictimai asayişi pozmaq ittihamı irəli sürülüb.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər