Kiyevdə Zelenskinin Uitkoff və Kuşnerlə 4 saatlıq görüşü başa çatıb
Far.Az xəbər saytı

Kiyevdə Zelenskinin Uitkoff və Kuşnerlə 4 saatlıq görüşü başa çatıb


Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın nümayəndələri - Stiv Uitkoff və Cared Kuşnerlə 4 saata qədər davam edən görüşü başa çatıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, V.Zelenski mediaya bəyanatına yumorla başlayaraq deyib ki, görüşdə onlar daha çox işləyiblər, nəinki son vaxtlar ukraynalıların daha çox ehtiyacı olduğu amerikanın "Patriot" sistemləri.

"Eyni zamanda ABŞ Prezidenti nümayəndələrinin bugünkü səfərinin digər ən böyük əhəmiyyəti də odur ki, onların burada olmasına görə Rusiya bu gün Kiyevi vurmadı" - deyə V.Zelenski S.Uitkoffa minnətdarlıq edib.

Ukrayna Prezidenti qeyd edib ki, danışıqlarda onun üçün əsas uğur ölkəsinin müdafiə sisteminin gücləndirilməsi iıə bağlı nəticələrdir: "2027-ci ildə ABŞ "Patriot" HHM sistemləri üçün raketlərin istehsalını artıracaq. Ukrayna raket əleyhinə silah istehsalının həcminin artırılmasına ümid bəsləyir. ABŞ tərəfi gələn il "Patriot" üçün antiballistik raketlərin istehsal həcmini artıracaq. Hesab edirik ki, istənilən halda, müharibə başa çatacaq, buna baxmayaraq bunlar bizə lazım olacaq. Biz dövlətimizin müdafiəsi üçün belə sistemlərə ümid bəsləyirik. Ona görə də gələn il həcmləri artıracağıq. Mən buna tam əminəm".

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər