"Bloomberg": Amerikalıların əksəriyyəti süni intellekt data mərkəzlərinin tikintisinin əleyhinədir
Far.Az xəbər saytı

"Bloomberg": Amerikalıların əksəriyyəti süni intellekt data mərkəzlərinin tikintisinin əleyhinədir


ABŞ vətəndaşlarının əksəriyyəti elektrik enerjisinin qiymətlərinin artacağından və elektrik şəbəkələrinin həddindən artıq yüklənəcəyindən ehtiyat etdikləri üçün süni intellekt üçün data mərkəzlərinin tikintisinin genişləndirilməsinin tərəfdarı deyil.

"Report"un "Bloomberg"ə istinadən verdiyi məlumata görə, iyulun sonunda dərc olunan "Fox News" sorğusuna əsasən, hər 10 amerikalı seçicidən yeddisi evinin yaxınlığında süni intellekt üçün data mərkəzinin tikintisini dəstəkləməyib.

ABŞ administrasiyasında süni intellektin inkişafını dəstəkləyənlər bu texnologiyanı ölkə iqtisadiyyatının böyüməsi üçün zəruri hesab edirlər. Bununla yanaşı, süni intellektin gələcək inkişafı genişmiqyaslı data mərkəzlərinin tikintisini tələb edəcək ki, bu da əhalinin bir hissəsinin narazılığına səbəb olur.

ABŞ Prezidenti Donald Tramp ölkənin süni intellekt sahəsində əldə etdiyi nailiyyətlər barədə mütəmadi olaraq danışıb və yeni data mərkəzlərinin tikintisini fəal şəkildə dəstəkləyib.

"Bloomberg" qeyd edib ki, son aylarda siyasi texnoloqlar administrasiya nümayəndələrini bu məsələ ilə bağlı ictimai dəstəyi itirmək riski barədə xəbərdar ediblər. Hakimiyyətin mövqeyi seçicilərlə fikir ayrılıqlarına da səbəb olub və Konqresə aralıq seçkiləri ərəfəsində respublikaçıların mövqelərini daha da zəiflədə bilər.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər