Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib
Biləsuvar Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidləri İqbal Astanlı və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında açıq region birinciliyi keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, yarışda rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.
Yarışda Azərbaycanın müxtəlif bölgələrindən və Qazaxıstan Respublikasından 100-dən çox idmançı iştirak edib. Yaş qrupları üzrə keçirilən görüşlərdə idmançılar arasında gərgin mübarizə gedib.
Yarışın yekununda qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Bildirilib ki, region birinciliyinə sabah yekun vurulacaq.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
-
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
-
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
-
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
-
Bu gün Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır













