Eliza Bekker: Azərbaycan minatəmizləmə fəaliyyətində milli potensialın uğurlu inkişafına nümunədir
Azərbaycan minatəmizləmə fəaliyyəti və minaaxtaran itlərin tətbiqi sahəsində milli potensialın uğurlu inkişaf nümunəsinə çevrilib.
"Report" xəbər verir ki, bunu Marşal İrsi İnstitutunun icraçı direktoru Eliza Bekker IV Beynəlxalq Minatəmizləmə Konfransında bildirib.
Onun sözlərinə görə, Marşal İrsi İnstitutunun Azərbaycanla əməkdaşlığı 21 il əvvəl başlayıb və bu müddət ərzində Azərbaycanın Minatəmizləmə Agentliyinə (ANAMA) 100-dən çox təlim keçmiş it verilib: "Mənim fikrimcə, bu, minatəmizləmə sahəsində potensialın gücləndirilməsinə yaxşı nümunədir".
E.Bekker vurğulayıb ki, səmərəli beynəlxalq əməkdaşlıq yalnız resursların və ya avadanlıqların ötürülməsindən ibarət deyil: "O, biliklərin formalaşmasına kömək etməkdən, institutların möhkəmləndirilməsindən və son nəticədə milli məsuliyyətin və müstəqilliyin təmin edilməsindən ibarətdir. Hesab edirəm ki, Azərbaycan belə bir təkamülün gözəl nümunəsidir".
İcraçı direktorun sözlərinə görə, ilkin dəstəyə itlərin verilməsi, kinoloqların və rəhbərlərin hazırlanması, həmçinin kinoloji qrupların işinə texniki və operativ nəzarət daxil idi: "Milli tərəfdaşımız - ANAMA - yardım alan tərəfdən müstəqil potensial sahibinə qədər yol keçib və daha sonra minaların aşkar edilməsi üçün itlərin tətbiqi sahəsində ekspertə çevrilib".
O həmçinin qeyd edib ki, təkcə son beş ildə Marşal İrsi İnstitutu Azərbaycanda sahə əməliyyatlarında istifadə edilməsi üçün 60-dan çox it təqdim edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
-
Rusiya Kiyev və Odessa yaxınlığında yeni zərbələr endirib
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
Azərbaycanın turizm sektoru yay mövsümündən necə çıxıb? - ARAŞDIRMA
-
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
-
NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər













