Britaniya ABŞ-nin sanksiya tətbiq etdiyi iranlının iki penthausunun satışına icazə verib
Far.Az xəbər saytı

Britaniya ABŞ-nin sanksiya tətbiq etdiyi iranlının iki penthausunun satışına icazə verib


Böyük Britaniya hakimiyyəti ABŞ-ın sanksiya tətbiq etdiyi, BƏƏ-də yaşayan iranlı maliyyəçi Əli Ənsariyə məxsus iki penthausun satışına icazə verib.

"Report"un "The Times"a istinadən verdiyi məlumata görə, iki mənzilin ümumi dəyəri təxminən 36 milyon funt sterlinq (48,6 milyon dollar) təşkil edir.

Onlar Londonun nüfuzlu rayonlarında, Uels şahzadəsinin iqamətgahı və İsrail səfirliyinin yaxınlığında yerləşir.

Nəşrin məlumatına görə, satışın başlanmasına səbəb Ənsarinin ipoteka ödənişləri üzrə yaranmış borcları olub. Britaniya hakimiyyəti satışdan əldə ediləcək vəsaiti dondurmağı planlaşdırır.

"The Times" əməkdaşları Ənsarinin bu penthauslarda nə vaxtsa olub-olmadığını təsdiqləyə bilməyiblər. Bununla belə, qəzetin məlumatına görə, mənzillər alıcılar arasında böyük tələbat görüb.

Ənsari London üzrə ümumi dəyəri 140 milyon funt sterlinqdən (189 milyon dollar) çox olan daşınmaz əmlaka sahibdir. Lakin Britaniya hakimiyyəti yalnız iki penthausun satışına icazə verib.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər