Nicat Abasov: "Şahmat Olimpiadasında uğurlu çıxış etmək üçün bəxt amili də vacibdir"
Far.Az xəbər saytı

Nicat Abasov: "Şahmat Olimpiadasında uğurlu çıxış etmək üçün bəxt amili də vacibdir"


Ümumdünya Şahmat Olimpiadasında uğurlu çıxış etmək üçün bəxt amili də vacibdir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan millisinin kapitanı Nicat Abasov deyib.

O, Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində yarışla bağlı fikirlərini bölüşüb:

"Şahmat Olimpiadası hər zaman ağır yarışlar siyahısındadır. İştirakçılar sırasında Çin, Hindistan, Gürcüstan, Qazaxıstan, ABŞ kimi güclü komandalar var. Şübhəsiz ki, əldə edə biləcəyimiz ən yaxşı nəticə uğrunda mübarizə aparacağıq. Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdir. Ümid edirik ki, bəxt tərəfimizdə olar. Hazırlıq yaxşıdır, hazırda son təlim-məşq toplanışındayıq ki, yarışa tam hazırlıqlı gedək. Qeyd etmək istərdim ki, bu günlərdə qadın şahmatçılar Basqalda son təlim-məşq toplanışındadır".

N.Abasov gənc şahmatçıların gələcəyi barədə də danışıb:

"Gənc şahmatçılarla da çalışıram. İyundan etibarən Xaqan Əhmədlə işləyirik. Sevindirici haldır ki, Türkiyə Superliqasında kifayət qədər yaxşı oynadı və beynəlxalq qrossmeyster üçün tələb olunan ilk normanı yerinə yetirdi. Əlbəttə, çoxdan gözlənilən uğurdu. Fikrimcə, çoxdan bu normanı bitirməliydi. Qısa müddətdə titula sahib olacağına inanıram. Məşqçi kimi lazım olan köməyi göstəririk. Tək mən deyil, bütün məşqçilər gənc şahmatçılara dəstək olur. Amma bu sahədə şahmatçıdan çox şey asılıdır. Xaqan Əhmədin gələcəkdə böyük şahmatçı olacağına, milli komandada çıxış edəcəyinə ümid bəsləyirəm".

Oxşar xəbərlər

Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Global Media Group şahmat turniri təşkil etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər