Azərbaycan Ordusunda yeni tədris ili başlayıb
Far.Az xəbər saytı

Azərbaycan Ordusunda yeni tədris ili başlayıb


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbirlər keçirilib.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Keçirilən tədbirlərdə hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

Tədbirlərdə çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları, müdafiə nazirinin və Baş Qərargahın qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə bağlı əmr və direktivləri şəxsi heyətin diqqətinə çatdırıblar.

Yeni tədris ilində qabaqcıl metodlardan və yüksək texnologiyalardan geniş istifadə etməklə keçirilən təlim-məşqlərin keyfiyyətinin, eləcə də intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.

Bildirilib ki, müdafiə nazirinin tapşırığına əsasən 44 günlük Vətən müharibəsində və sonrakı döyüş əməliyyatlarında qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla tədris prosesində əsas diqqət müxtəlif iqlim, çətin relyef şəraitində, gecə və gündüz saatlarında şəxsi heyət tərəfindən müasir döyüş texnikası və silah-sursatın effektiv tətbiq edilməsi üzrə bacarıqlarının daha da artırılmasına yönəldiləcək.

Maddi-texniki bazanın gücləndirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tədbiqi, əsaslı planlaşdırma və digər təşkilati məsələlərin uğurlu həlli yeni tədris dövründə döyüş hazırlığının daha keyfiyyətli təşkilinə zəmin yaradacaqdır.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Azərbaycan Ordusunda yeni tədris ili başlayıb

Oxşar xəbərlər

Bakıda hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər başa çatıb - YENİLƏNİB
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər