Cavid Abdullayev: "Ayın sonuna enerji saxlanc sistemləri üzrə konsepsiya təqdim oluna bilər"
Azərbaycanda enerji saxlanc sistemləri üzrə konsepsiya sentyabrın sonunadək təqdim oluna bilər.
"Far.Az" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev BP şirkəti tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) hədiyyə edilən müasir bərpa olunan enerji laboratoriyasının açılışında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda tənzimləmə üzərində işləyinilir: "Bir neçə əsas "qırmızı xətt" və çərçivə müəyyənləşdirilib. Bu məsələlərin həlli istiqamətində Çinin qabaqcıl tədqiqat institutlarından biri bizim şəbəkəni öyrənir. Onlar bərpa olunan enerji üzrə apardıqları təhlilin ilkin nəticələrini bizimlə bölüşəcəklər".
C.Abdullayev qeyd edib ki, enerji saxlancının müxtəlif üsullarından istifadə ediləcək: "Bunun qarşılanmasının bir neçə üsulu var. Biri, əlbəttə ki, batareya saxlanc sistemlərindən istifadədir. Bunun da müxtəlif növləri var. Artıq litium batareyalardan əlavə, digər texnologiyalara da baxırıq. Bununla yanaşı, Azərbaycanda ilk dəfə olaraq hidroakkumulyasiya sistemlərini də nəzərdə tuturuq. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın su ehtiyatlarının təxminən 25 %-i formalaşır. Təbii ki, bu potensialın əsaslandırılmış şəkildə istifadəsi müəyyən imkanlar yarada bilər. Enerji saxlanc sistemləri ilə bağlı aparılan işlər kompleks təhlilə əsaslanır. Burada batareya saxlanc sistemlərinin növü, onların enerji sistemində hansı faiz nisbətində quraşdırılması, coğrafi paylanması və məkan analizi kimi məsələlər nəzərdən keçirilir".
O bildirib ki, enerji sistemində tələbatın artımı çox ciddi məsələdir: "Bunun başa düşülməsi üçün standart ekstrapolyasiya üsulları artıq işləmir. Çünki süni intellekt və digər amillər enerji tələbatına təsir göstərir. Hazırda Azərbaycanda artan enerji tələbatını qarşılamaq üçün kifayət qədər istehsal gücü mövcuddur. Yaxın zamanda artan tələbatı qarşılamaq üçün hər hansı fövqəladə addımların atılmasına ehtiyac yoxdur. Enerji saxlanc sistemlərinin texnologiyaları, onların sistemdə payı və coğrafi yerləşdirilməsi ilə bağlı məsələlər hazırda intensiv şəkildə araşdırılır.Ümid edirəm ki, sentyabrın sonlarına yaxın bununla bağlı ümumi konseptual yanaşmanı təqdim edə biləcəyik".
Oxşar xəbərlər
Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb













