Dünyanın aparıcı hərbi şirkətləri Bakıya gəlir
Far.Az xəbər saytı

Dünyanın aparıcı hərbi şirkətləri Bakıya gəlir


"ADEX 2026" sərgisi öz miqyası və məzmunu ilə əvvəlki illərdən seçiləcək".

BAKU.WS xəbər verir ki, bu sözləri Baku TV-nin efirində yayımlanan "Hərbi xronika"nın yeni buraxılışında qonaq olan "ADEX" layihəsinin rəhbəri Ülkər Qasımova deyib.

O bildirib ki, 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunacaq sərgi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı "Caspian Event Organisers" şirkətidir. Layihə rəhbərinin sözlərinə görə, tədbir artıq müdafiə sənayemizin milli brendi kimi formalaşıb.

Ülkər Qasımova vurğulayıb ki, sərginin əsas yeniliklərindən biri 4-cü pavilyonun tam olaraq Azərbaycanın milli ekspozisiyasına ayrılmasıdır.

O həmçinin əlavə edib ki, sərginin əsas ziyarətçi auditoriyasını hərbçilər, dövlət qurumları, hüquq-mühafizə orqanlarının nümayəndələri və sahə mütəxəssisləri təşkil edir.

Layihə rəhbəri bildirib ki, oktyabrın 2-də ictimaiyyət üçün açıq gün olacaq və sərgiyə gəlmək istəyən şəxslər rəsmi internet saytından qeydiyyatdan keçərək elektron bilet almalı, girişdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər