Azərbaycanda 9 ayda avtomobil nəqliyyatı ilə 1,8 milyarda yaxın sərnişin daşınıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 116 milyon 213,7 min ton yük, 1 milyard 603 milyon 339,6 min sərnişin daşınıb.
"Far.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 milyon 297,4 min ton və ya 6,7 % və 161 milyon 683,5 min sərnişin və ya 11,2 % çoxdur.
Hesabat dövründə 1 milyard 482 milyon 288,6 min sərnişin avtobusdan istifadə edib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 151 milyon 688,4 min nəfər və ya 11,4 % çoxdur. 2026-ci ilin yanvar-sentyabr aylarında minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 9 milyon 995,1 min nəfər və ya 9 % artaraq 121 milyon 51 min nəfər olub.
Sərnişinlərin 92,5 %-i avtobus, 7,5 %-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 771 milyon 305,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 156 milyon 793 min sərnişin və ya 9,7 % çoxdur.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub
Milli mətbuatın 151 illiyinə həsr olunmuş konfransda media nümayəndələri mükafatlandırılıb
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
-
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
-
Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib
-
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov: "Komanda olaraq elə qollar buraxmaq olmaz"
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
-
"Gəncə" basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb













