Ələkbər Əzizli: "Xəzərdə suyun səviyyəsinin dəyişməsi Orta Dəhliz üçün çağırışdır"
Far.Az xəbər saytı

Ələkbər Əzizli: "Xəzərdə suyun səviyyəsinin dəyişməsi Orta Dəhliz üçün çağırışdır"


Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi Orta Dəhliz üçün də çağırışdır.

"Far.Az" xəbər verir ki, bunu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Davamlılıq və Emissiyaların İdarə Edilməsi üzrə direktoru Ələkbər Əzizli "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın ikinci günündə bildirib.

Onun sözlərinə görə, artıq 3 ildir ki, bu problem davam edir: "Gəmiçilik şirkətləri, ümumiyyətlə gəmiçilik sektoru bu problemlə ilk üzləşən cəbhədir. Gəmiçilik sektoru aydın anlayır ki, iki növ problemimiz var: ticarət donanması və ofşor (dəniz) donanması. Hər bir donanmanın özünəməxsus problemləri var. Gəlin, ticarət donanması ilə bağlı məsələyə aydınlıq gətirək. Bu gün bizim bir bərəmiz Qazaxıstandan yükün 80 %-ni götürə bilir. Bu isə o deməkdir ki, 20 % daha az yük daşınır. Yəni bu, təkcə ASCO üçün deyil, bütövlükdə hökumətimiz üçün maliyyə vəsaitinə təsir edir".

Ə.Əzizli bu, təkcə Azərbaycan üçün deyil, Orta Dəhliz və ondan istifadə edən müştərilər üçün də çağırışdır: "Ofşor gəmilərinə gəlincə, bununla bağlı vəziyyət daha da pisdir. Məlum olduğu kimi, bizim yedək, təchizat və geoloji gəmilərimiz var. Bu cür gəmilər platformaların ətrafında, Xəzərdəki nəhəng neft yataqlarının ərazilərində hərəkət edir. Buna görə də biz bu problemlə də üzləşmişik. İndi əvvəlki yanalma körpülərinə daxil ola bilmirik".

O əlavə edib ki, eyni vəziyyət, Türkmənistan, Qazaxıstan və Ələt Limanında da baş verib: "Yükün düzgün yüklənməsi üçün gəmini lazımi səviyyəyə gətirə bilmirik: "Əvvəllər kəsilmiş köhnə qazma qurğuları və suyun altındakı borularla bağlı problemlər var ki, bu da gəminin korpusunun deşilməsi riskini yaradır. Günü-gündən bütün bunlar təkcə ASCO üçün deyil, Xəzər hövzəsindəki hər bir oyunçu, o cümlədən gəmiçilik sektoru üçün çağırışa çevrilir. Gündəlik olaraq gəmilərimizi daha təhlükəsiz idarə etməyə çalışırıq".

Oxşar xəbərlər

Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb - EKSKLÜZİV
"AzerGold" QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər