"Elmi islahatlar və innovasiya" mövzusunda ikinci təlim-müzakirə sessiyası keçirilib
Elm və Təhsil Nazirliyinin dəstəyi, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək" layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim-müzakirə sessiyası keçirilib.
"Report" xəbər verir ki, "Elmi islahatlar və innovasiya" mövzusuna həsr olunan ikinci sessiya SABAH.city-də baş tutub.
"Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri Ayaz Mirzəyev layihənin məqsədləri barədə məlumat verib. O, elm və təhsil sahəsində baş verən yeniliklərin, həyata keçirilən islahatların mediada peşəkar və dolğun şəkildə təqdim edilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə jurnalistlərin mövzu üzrə biliklərinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Sessiyada Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov mövzu ilə bağlı təqdimatla çıxış edib. O, ölkədə həyata keçirilən elmi islahatlar, innovasiya ekosisteminin inkişafı, müasir texnologiyaların tətbiqi, beynəlxalq təcrübə və gələcək inkişaf perspektivləri barədə məlumat verib.
Daha sonra SABAH.city-nin baş icraçı direktorunun müavini Nurcan Baxşıyeva Azərbaycanın yeni nəsil innovasiya klasterinin fəaliyyəti və imkanları barədə təqdimat edib. Bildirilib ki, SABAH.city startapları, inkubator və akselerator proqramlarını, vençur kapitalı fondlarını, tədqiqat mərkəzlərini, texnologiya şirkətlərini və universitetləri vahid innovasiya ekosistemində birləşdirən platformadır.
Akademiya, sənaye, dövlət və biznes nümayəndələri arasında əməkdaşlıq üçün imkanlar yaradan bu platforma innovasiya təşəbbüslərinin dəstəklənməsinə, startapların inkişafına və biliyə əsaslanan iqtisadiyyatın formalaşmasına xidmət edir.
İnteraktiv formatda davam edən sessiyada media nümayəndələrinin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihənin məqsədi elm və təhsil sahəsində baş verən proseslərin mediada daha dolğun və peşəkar işıqlandırılmasına dəstək olmaq, jurnalistlərin bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməkdir. Layihə çərçivəsində keçiriləcək növbəti sessiyalarda təhsilin iqtisadiyyatı, məktəbəqədər və ali təhsil, tədrisin məzmunu, yerli və beynəlxalq qiymətləndirmələr, təhsildə keyfiyyət təminatı, eləcə də elmi-pedaqoji jurnalistika kimi aktual mövzular müzakirə olunacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı













