Muhammad Nasar Hayat: "Ölkələrin aqro-ərzaq sistemlərinin transformasiyasını dəstəkləyirik"
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ölkələrin aqro-ərzaq sistemlərinin transformasiyasını dəstəkləyir.
"Report" xəbər verir ki, bunu BMT-nin ölkədəki əlaqələndiricisi adından FAO-nun Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 2-ci günündə bildirib.
Onun sözlərinə görə, FAO 2022–2031-ci illər üzrə İqlim Dəyişikliyi Strategiyası vasitəsilə ölkələrin aqro-ərzaq sistemlərini transformasiya etməsini dəstəkləyir: "Məqsədimiz fermerlərin, xüsusən də kiçik təsərrüfat sahiblərinin, qadınların və gənclərin iqlim dəyişikliyinə uğurla uyğunlaşmaq üçün ehtiyac duyduqları bilik, texnologiya, maliyyə və tərəfdaşlıqlara çıxışını təmin etməkdir. "Harmoniya" təşəbbüsü isə kənd təsərrüfatı, su, ərzaq sistemləri və ekosistemlər arasındakı sıx əlaqəni nəzərə almaqla, iqlimə dözümlü kənd təsərrüfatına koordinasiyalı yanaşmanı təşviq etmək üçün hökumətləri, inkişaf tərəfdaşlarını, beynəlxalq təşkilatları, maliyyə qurumlarını və özəl sektoru bir araya gətirərək bu baxışı dəqiq şəkildə əks etdirir".
FAO rəsmisi vurğulayıb ki, birgə səylər torpaqların davamlı idarə edilməsi, iqlimə uyğun kənd təsərrüfatı, su səmərəliliyi, təchizat zəncirinin təkmilləşdirilməsi, rəqəmsal innovasiyalar, biomüxtəlifliyin qorunması, həmçinin fermerlərin və qurumların potensialının artırılmasına yönəlib: "Bundan başqa, Azərbaycanın davamlı kənd təsərrüfatı inkişafını təşviq etmək və sahə daxilində dözümlülüyü möhkəmləndirmək istiqamətindəki davamlı səylərindən məmnunluq duyuruq. Bu cür təşəbbüslər nümayiş etdirir ki, kənd təsərrüfatının böyüməsi ətraf mühitin davamlılığı və iqlimə adekvatlıqla paralel getdikdə irəliləyiş mümkündür".
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Nasar Hayat: "Qarabağ və Şərqi Zəngəzur rəqəmsal kənd təsərrüfatı üçün böyük potensiala malikdir" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Keçmiş məcburi köçkün Tərtərdə güllələndi - 21 yaşlı gənc SAXLANILDI
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Azərbaycanda emala təhvil verilən məhsullar üzrə subsidiyanın əhatəsi genişləndirilir
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər













