Lionel Messi 17-ci dəfə "Qızıl top" mükafatına namizəd göstərilib
Far.Az xəbər saytı

Lionel Messi 17-ci dəfə "Qızıl top" mükafatına namizəd göstərilib


Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi "Qızıl top" mükafatına namizədlər siyahısına daxil edilib.

"Far.Az"un məlumatına görə, bu barədə "France Football" açıqlama yayıb.

Messi 2025/2026 mövsümündə Şimali Amerikanın MLS çempionu olub və ardıcıl ikinci dəfə turnirin ən yaxşı futbolçusu seçilib. Argentinalı hücumçu 49 oyunda 43 qol vurub və 26 məhsuldar ötürmə edib.

O, Argentina millisinin heyətində dünya çempionatının finalına qədər irəliləyib. Finalda Argentina əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub. Messi mundialda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Turnirdən sonra 39 yaşlı futbolçu Argentina millisində çıxışını başa vurub.

Messi "Qızıl top"a 17-ci dəfə namizəd göstərilib. Bu göstəriciyə görə o, yalnız 18 dəfə namizəd olan portuqaliyalı Kriştianu Ronaldudan geri qalır. Argentinalı futbolçu isə rekord sayda – 8 dəfə "Qızıl top" mükafatının sahibi olub.

Messi 2023-cü ildən ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. O, Avropada Fransanın PSJ və İspaniyanın "Barselona" klublarında oynayıb. Argentinalı futbolçu "Barselona"nın heyətində 4 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Super Kubokunu və 3 dəfə klublararası dünya çempionatını qazanıb.

Messi 2022-ci ildə dünya çempionu, 2014 və 2026-cı illərdə dünya çempionatının gümüş medalçısı, 2008-ci ildə Olimpiya çempionu olub. O, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi adını qazanıb.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
NETTY 2025 Azərbaycanın Milli internet mükafatının qalibləri elan edilib
Messi yığma karyerasını başa vurdu – DÇ-2026-dan sonra daha hansı ulduzlar getdi?
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər