Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
Vəzifəli şəxsə hədiyyə alma və sadə qonaqpərvərlikdən istifadə ilə əlaqədar məhdudiyyətləri müəyyənləşir.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ "Maraqlar toqquşması haqqında" Qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, hədiyyə alma və sadə qonaqpərvərlikdən istifadə ilə əlaqədar məhdudiyyətlər "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilir.
Hədiyyə və ya sadə qonaqpərvərlik qəbul edildikdən üç iş günü müddətində vəzifəli şəxs səlahiyyətli subyektlərə hədiyyənin (sadə qonaqpərvərliyin) adı, növü, əlamətləri, qiyməti, verilmə məqsədi, tarixi, vaxtı, yeri və verən subyekt barədə məlumatları bildirir və bu məlumatları təsdiq edən dəlilləri təqdim edir.
Nəzərdə tutulmuş subyektlər maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunvericiliyin müddəalarının pozulmasına dair əlamətlər müəyyən etdiyi halda həmin hədiyyəni qiymətləndirilmək üçün tələb edə bilərlər. Bu halda vəzifəli şəxs həmin hədiyyəni qiymətləndirmə üçün təqdim edir.
Səlahiyyətli subyektlər hədiyyə və ya sadə qonaqpərvərliyin qeydiyyatını aparır, maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunvericiliyin tələblərinin pozulması müəyyən edildikdə bu Qanuna uyğun olaraq tədbir görürlər. Hədiyyə və ya sadə qonaqpərvərliyin qəbul edilməsi maraqlar toqquşmasına səbəb olarsa hədiyyənin geri qaytarılması, bu mümkün olmadıqda qurumun balansına keçirilməsi barədə səlahiyyətli subyektlər tərəfindən qərar qəbul edilir.
Vəzifəli şəxs hədiyyə və ya sadə qonaqpərvərliyi qəbul etməkdə çətinlik çəkdikdə, yaxud hədiyyə və ya sadə qonaqpərvərliyin maraqlar toqquşmasına səbəb olduğunu düşündükdə bu Qanunun 22-ci maddəsinə uyğun olaraq konfidensial məsləhət alır.
Oxşar xəbərlər
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək - YENİLƏNİB
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













