SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
Far.Az xəbər saytı

SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb


İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq və dislokasiya anqarı və qırıcı sığınacaqları hədəfə alıb.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, Amerikanın İordaniyadakı Əl-Əzrəq bazasına ağır raket zərbələri endirilib.

"Təcavüzkarı cəzalandırmaq məqsədilə keçirilən bu əməliyyatda ballistik raketlərin ağır hücumu ilə F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq və dislokasiya anqarı və qırıcı sığınacaqları vurulmuş və inadkar düşmənə ağır ziyan dəyib", - SEPAH-ın bəyanatında bildirilib və əlavə edilib ki, ABŞ-nin heç bir hücumu cavabsız qalmayacaq.

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana aid beş neft tankerini məhv etdiyi barədə məlumat yayıb.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Beş tondan artıq narkotik vasitə məhv edilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər