Azərbaycan iqlim dəyişikliyinin sağlamlığa təsirlərinin aradan qaldırılması üçün tədbirlər görür
Azərbaycan iqlim dəyişikliyinin sağlamlığa təsirlərini nəzərə alaraq tədbirlər həyata keçirir.
"Far.Az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "İqlim və səhiyyə üçün yeni mərhələ - Antalya COP31" adlı sessiyada deyib.
Onun sözlərinə görə, iqlim böhranı həm də səhiyyə böhranıdır və insan sağlamlığı bunun ön cəbhəsində yer alır:
"Geniş müşahidə olunan təsirlərə kəskin hava şəraiti hadisələri və xəstəliklər daxildir. İqlim və səhiyyə ilə bağlı təhdidlər temperaturun artması, xüsusilə şəhər ərazilərində hava çirklənməsinin çoxalması, ekstremal hava hadisələri, həmçinin suyun keyfiyyətinə və qıtlığına səbəb olan yağıntı rejiminin dəyişməsi ilə əlaqədardır. İqlim dəyişikliyi və onun bütün ətraf mühitə təsiri gündən-günə artaraq qlobal ictimaiyyəti narahat edir. Ölkəmiz də qlobal iqlim dəyişikliyinin təsirlərindən kənarda qalmayıb".
Ramiq Quliyev bildirib ki, Bakıda keçirilən COP29 zamanı səhiyyə ilə bağlı 15-dən çox mühüm paralel tədbir keçirilib:
"Vahid Sağlamlıq" yanaşması müzakirələri kimi tədbirlər daxil olmaqla, əsas nailiyyətlərdən biri də o oldu ki, Azərbaycan Sədrliyi COP29-da ilk dəfə olaraq hərtərəfli "İnsan İnkişafı Günü"nü elan etdi. Həmçinin, "İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü" irəli sürülüb. Bu, xüsusilə uşaqlar və gənclərə diqqət yetirməklə təhsil, səhiyyə, sosial müdafiə, bacarıqlar və məşğulluq arasında sektorlararası sinerji və tamamlayıcılığı təmin etməyə yönəlmiş ilk COP sədrliyi təşəbbüsüdür".
Nazirlik rəsmisi deyib ki, Azərbaycan hazırda iqlim dəyişikliyinin sağlamlığa təsirlərini aradan qaldırmaq üçün tədbirlər həyata keçirir:
"Azərbaycan bu günlərdə iqlim dəyişikliyinin fəsadlarına uyğunlaşma və təsirlərin yumşaldılması istiqamətində bir sıra təşəbbüslər irəli sürüb. Biz emissiyaları azaltmaq və xəstəxanalarımızı iqlim dəyişikliyinə qarşı daha davamlı şəkildə qurub qorumaq istiqamətində addımlar atırıq".
Oxşar xəbərlər
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır
-
Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır
-
"Gənclik Mall"da yanğın həyəcanı













