Şlapaçenko: COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çıxarıb
Far.Az xəbər saytı

Şlapaçenko: COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çıxarıb


COP29 iqlim konfransı Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çıxarıb və bu proses inkişaf etməkdə davam edir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqlim liderliyinin beynəlxalq əməkdaşlıq üçün lazımi impuls yarada biləcəyini nümayiş etdirib.

O qeyd edib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 çərçivəsində başlanan səylərin, eləcə də dayanıqlı inkişafın və iqlim tədbirlərinin təşviqi üzrə daha geniş işlərin davamı olub.

"Biz Azərbaycanda iqlim liderliyinin necə təkan yarada biləcəyinin şahidi olduq. COP29 ölkəni qlobal iqlim diplomatiyasının mərkəzinə çıxardı və bu təkan Bakı İqlim Fəaliyyəti Həftəsi, eləcə də dayanıqlı inkişafın və iqlim fəaliyyətinin təşviqi üzrə daha geniş səylər sayəsində davam edir", - Şlapaçenko vurğulayıb.

O həmçinin qeyd edib ki, bu gün yaranmış iqlim dinamikasını konkret və ölçülə bilən nəticələrə çevirmək vacibdir.

Şlapaçenkonun sözlərinə görə, iqlim liderliyi yalnız qəbul edilmiş qərarlar və verilən vədlərlə deyil, eyni zamanda emissiyaların faktiki azaldılması, dayanıqlığın gücləndirilməsi, maliyyə resurslarının səfərbər edilməsi, habelə insanların və onların dolanışıq vasitələrinin qorunması ilə qiymətləndirilməlidir.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər