"Fiorentina" sabiq baş məşqçisi Fabio Qrossonu məhkəməyə verməyi planlaşdırır
İtaliyanın "Fiorentina" klubu sabiq baş məşqçisi Fabio Qrossonu məhkəməyə verməyi planlaşdırır.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, klub bu addımla mütəxəssisə müqavilənin sonunadək ödənilməli olan məbləğə qənaət etməyi hədəfləyir.
Klubun hüquqşünasları mütəxəssisə qarşı intizam tədbirlərinin tətbiqi imkanlarını araşdırırlar. Məqsəd onun üzrlü səbəbdən işdən azad edildiyini sübuta yetirməkdir. Bu, rəhbərliyə müqavilə müddətinin sonuna qədər baş məşqçiyə çatacaq maaşı ödəməməyə imkan verəcək.
Rəhbərlik mütəxəssisin transfer strategiyası ilə bağlı prinsiplər baxımından fikir ayrılığı ucbatından fəaliyyətini davam etdirə bilməyəcəyini idman direktoru Fabio Paratiçiyə bildirdiyini sübut etmək niyyətindədir. Onun işini davam etdirməsinin imkansızlığını vurğulamasına və sentyabrın 7-də işə çıxmayacağı ilə bağlı iddialara baxmayaraq, istefa ərizəsi yazmadığı bildirilib.
"Fiorentina" sentyabrın 6-da F.Qrossonu baş məşqçi vəzifəsindən azad etdiyini açıqlayıb.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2026-cı il iyunun 8-də baş məşqçi təyin olunub və komandada 3 ay işləyib. İtaliya təmsilçisi onun rəhbərliyi altında İtaliya Kubokunun 1/32 finalında "Benevento"ya qalib (4:1) g'ls' d', A Seriyasında ardıcıl 3 məğlubiyyət alıb - "Roma" (0:4), "Frozinone" (0:3) və "Torino" (1:2). İtalyalı mütəxəssis daha əvvəl "Sassuolo", "Lion", "Frozinone", "Syon", "Breşiya", "Verona", "Bari" və "Yuventus" komandalarına rəhbərlik edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
HONOR brendinin 5 illiyi və inkişaf strategiyası təqdim olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
"Gənclik Mall"da yanğın həyəcanı













