Avstraliya son iki COP-da liderliyə görə Azərbaycan və Braziliyaya təşəkkür edib
Avstraliya son iki iqlim konfransında Azərbaycan və Braziliyanın liderliyini yüksək qiymətləndirib.
"Far.Az" xəbər verir ki, bunu COP31 danışıqlar prosesinin Avstraliyadan olan sədri Devid Hiqqins Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimində bildirib.
"Azərbaycan və Braziliyaya son iki COP konfransı ərzindəki liderliyə, eləcə də davam edən fəal iştiraka görə təşəkkür etmək istəyirəm", - o qeyd edib.
D.Hiqqins əlavə edib ki, Avstraliya formalaşmış ənənəni davam etdirmək və əldə olunmuş nəticələri inkişaf etdirmək üçün COP31 çərçivəsində Türkiyə ilə əməkdaşlığa ümid edir.
Xatırladaq ki, COP31 2026-cı il noyabrın 9-20-də Antalyada keçiriləcək. Türkiyə ev sahibi olan ölkə kimi çıxış edəcək, eləcə də sammitin təşkili və keçirilməsinə cavabdeh olacaq, Avstraliya isə konfrans çərçivəsində danışıqlar prosesinə rəhbərlik edəcək. Beləliklə, iki ölkə BMT-nin iqlim danışıqlarının keçirilməsi üzrə əsas vəzifələri öz aralarında bölüşdürəcəklər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb
-
ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
"Gənclik Mall"da yanğın həyəcanı
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB













