TDT Baş katibi: "Türkdilli ölkələr "yaşıl layihə"ləri birgə maliyyələşdirməyi planlaşdırır"
Far.Az xəbər saytı

TDT Baş katibi: "Türkdilli ölkələr "yaşıl layihə"ləri birgə maliyyələşdirməyi planlaşdırır"


Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr "yaşıl iqtisadiyyat" və bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi imkanını nəzərdən keçirirlər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Qazaxıstan bürosunun verdiyi məlumata görə, bunu təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyev Astanada keçirilən Türk Yaşıl Maliyyə Şurasının ikinci iclasının yekunları üzrə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Şuranın yaradılması təşəbbüsü Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb.

"Bu gün ölkələrimizin nümayəndələri "yaşıl iqtisadiyyat" və bərpa olunan enerji sahəsində əldə etdikləri nailiyyətləri təqdim ediblər. Bütün dövlətlərdə bu istiqamətdə irəliləyiş müşahidə olunur", - TDT-nin Baş katibi bildirib.

O, iclasın məhsuldar keçdiyini əlavə edib.

Baş katib qeyd edib ki, görüşün əsas mövzusu "yaşıl iqtisadiyyat"ın inkişafı və ekoloji layihələrə investisiyaların cəlb edilməsi olub. Ölkə nümayəndələri təcrübə mübadiləsi aparıb və birgə işin mümkün istiqamətlərini müzakirə ediblər.

K.Ömüralıyev vurğulayıb ki, TDT ölkələri günəş və külək enerjisini fəal şəkildə inkişaf etdirir, bərpa olunan enerji mənbələrinə böyük məbləğdə investisiyalar yatırırlar.

Baş katibin sözlərinə görə, Şura çərçivəsində əməkdaşlıq yalnız məlumat mübadiləsi ilə məhdudlaşmır. Tərəflər birgə layihələr hazırlamaq və onların maliyyələşdirilməsinə fondları və beynəlxalq maliyyə institutlarını cəlb etmək niyyətindədirlər.

Oxşar xəbərlər

İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər