Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
Far.Az xəbər saytı

Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb


Azərbaycanın tanınmış jurnalisti Nəcəf Nəcəfovun məzarından bürünc barelyef oğurlanıb.

Far.Az "Trend"ə istinadla xəbər verir ki, hadisə sentyabrın 9-da səhər saatlarında İkinci Fəxri xiyabanda ("Qurd qapısı") baş verib.

Məzarın başdaşına quraşdırılmış barelyef Nəcəf Nəcəfovun vaxtilə rəhbərlik etdiyi "Azərbaycan gəncləri" və "Azadlıq" qəzetlərinin iki səhifəsini əks etdirib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ülvi Kazımov saxlanılıb.

Araşdırmalar zamanı oğurlanmış barelyefin satıldığı yer də müəyyən edilib. Barelyef maddi sübut kimi götürülüb. Baxış zamanı onun hissələrə doğrandığı müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq və digər zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, Nəcəf Nəcəfov 1980-1990-cı illərdə "Azərbaycan gəncləri" və "Azadlıq" qəzetlərinin redaktoru olub.

Nəcəf Nəcəfov 1999-cu ildə vəfat edib.

Oxşar xəbərlər

Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Nailə Balayeva: Jurnalistin əsas silahı mənbədir
Qızı tərəfindən öldürülən müğənninin məzarından FOTOLAR YAYILDI
Xalq şairi Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olunub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər