Maykl Kerrik: "Sabah" meydanda yaxşı təzyiq göstərməyi bacarır, kiminlə qarşılaşacağımızın fərqindəyik"
İngiltərənin "Mançester Yunayted" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Sabah"la I tur qarşılaşmasını səbirsizliklə gözləyir.
"Far.Az" xəbər verir ki, bunu "qırmızı şeytanlar"ın baş məşqçisi Maykl Kerrik sözügedən oyundan öncə mətbuat konfransında deyib.
O, cari mövsüm qitənin ən nüfuzlu klub turnirində uğurlu çıxış etmək istədiklərini bildirib.
"Çempionlar Liqası bizim üçün böyük önəm daşıyır. Bu turnir özünü Avropanın ən güclü komandaları ilə mübarizədə sınamaq deməkdir. "Mançester Yunayted" hər zaman yüksək yerlər uğrunda mübarizə aparır. Turnirə uğurlu start vermək istəyirik. Bu səbəbdən "Sabah"la sabahkı oyunu səbrsizliklə gözləyirik. Rəqib komanda çox yaxşıdır. Əsas mərhələyə qədər bir çox qələbələr qazanıblar. "Sabah" meydanda çox yaxşı təzyiq göstərməyi bacarır. Ona görə hansı klubla qarşılaşacağımızı bilirik. Rəqib komandanın çox yaxşı baş məşqçisi var".
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" görüşü sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da "Old Trafford"da start götürəcək.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər













