Vaxtanq Çaraya: TRIPP Cənubi Qafqazın geosiyasi əhəmiyyətini artıra bilər
Far.Az xəbər saytı

Vaxtanq Çaraya: TRIPP Cənubi Qafqazın geosiyasi əhəmiyyətini artıra bilər


TRIPP layihəsinin reallaşması Cənubi Qafqazda nəqliyyat marşrutlarının şaxələndirilməsinə və regionun geosiyasi əhəmiyyətinin artmasına imkan verə bilər.

Bunu "Report"un Gürcüstan bürosuna iqtisadçı ekspert, professor Vaxtanq Çaraya TRIPP layihəsinin region üçün əhəmiyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazın ciddi geosiyasi və iqtisadi oyunçuya çevrilməsi üçün alternativ nəqliyyat marşrutlarının yaradılması vacibdir.

"TRIPP kimi nəqliyyat yollarının şaxələndirilməsi lazımdır. Təkcə bir dəmir yolu və ya bir marşrut Cənubi Qafqazı geosiyasi baxımdan əhəmiyyətli oyunçuya çevirə bilməz", - ekspert bildirib.

V.Çaraya hesab edir ki, regionda müxtəlif nəqliyyat yollarının, sülh və tərəfdaşlığın olması biznes üçün daha geniş seçim imkanları yaradacaq.

"Əgər burada müxtəlif nəqliyyat yolları, sülh və tərəfdaşlıq olarsa, bu, biznesə özü üçün ən yaxşı alternativi seçmək imkanı verəcək. Eyni zamanda, yaradılacaq marşrutlar arasında rəqabətin olması mümkündür", - o deyib.

Ekspertin fikrincə, marşrutlar arasında rəqabət xidmətlərin keyfiyyətinin yüksəlməsinə, qiymətlərin aşağı düşməsinə və yükdaşımaların müddətinin azalmasına səbəb ola bilər.

"Belə tərəfdaşlıq və sağlam rəqabət uzunmüddətli perspektivdə regionumuz üçün daha böyük imkanlar yaradacaq", - V.Çaraya vurğulayıb.

Ekspert hesab edir ki, regionda əməkdaşlığın, tərəfdaşlığın və sülhün genişlənməsi bütün iştirakçı ölkələrin maraqlarına cavab verir:

"Mənim fikrimcə, nə qədər çox əməkdaşlıq, tərəfdaşlıq və sülh olarsa, regiondakı hər bir ölkə və hər bir iştirakçı üçün bir o qədər yaxşı olacaq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər