Kurasao millisi Niderlandlı mütəxəssis Dik Advokatla müqavilənin müddətini uzadıb
Kurasao millisi Niderlandlı mütəxəssis Dik Advokatla müqavilənin müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə Kurasao Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
78 yaşlı mütəxəssislə müqavilənin müddəti 2027-ci il avqustun 1-dək artırılıb.
Dik Advokat bu ilin may ayından Kurasao millisinə çalışır. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə dünya çempionatında iştirak edib.
Kurasao mundialda Almaniyaya 1:7, Fildişi Sahilinə 0:2 hesabı ilə məğlub olub, Ekvadorla isə qolsuz heç-heçə edib.
Qeyd edək ki, Advokat daha əvvəl Rusiyanın "Zenit" klubunda və Rusiya milli komandasında çalışıb. O, həmçinin Niderland, Serbiya və Belçika yığmalarına rəhbərlik edib, "Fənərbağça", "Sanderlend" və PSV kimi klublarda baş məşqçi vəzifəsində işləyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gedib
DÇ-2026: Fildişi Sahili qələbə qazanıb, Kurasao mundialla vidalaşıb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib













