Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
Far.Az xəbər saytı

Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub


Bu gün maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays və bankın Azərbaycan üzrə yeni ölkə meneceri Saşa Bakesin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Dünya Bankı arasında uzunmüddətli və strateji tərəfdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, birgə həyata keçirilən layihələr, dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlar, eləcə də əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

S.Babayev Dünya Bankının Azərbaycanın inkişaf prioritetlərinə və islahat gündəliyinə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirərək uzunmüddətli tərəfdaşlığın ölkənin sosial-iqtisadi inkişafına, institusional potensialının gücləndirilməsinə və müxtəlif sahələrdə aparılan islahatların dəstəklənməsinə mühüm töhfə verdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıq infrastruktur, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, məşğulluq və institusional islahatlar daxil olmaqla, geniş istiqamətləri əhatə edir. Belə ki, Azərbaycanın Dünya Bankına üzv olduğu dövrdən etibarən tərəfdaşlıq çərçivəsində 53 layihə üzrə ümumilikdə təxminən 4,9 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti ayrılıb .

Eyni zamanda, Azərbaycanın beynəlxalq inkişaf gündəliyində artan roluna diqqət çəkən maliyyə naziri ölkənin yuxarı orta gəlirli ölkə statusu əldə etdikdən sonra donor kimi beynəlxalq inkişaf təşəbbüslərinə dəstəyini artırdığını bildirib.

Öz növbəsində, R. Prays Azərbaycan ilə Dünya Bankı arasında formalaşmış uzunmüddətli əməkdaşlığın əhəmiyyətini qeyd edərək ölkənin son dövrlərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətləri və həyata keçirdiyi islahatları yüksək qiymətləndirib. O, Dünya Bankının Azərbaycanın inkişaf və islahat gündəliyinə dəstəyini davam etdirməyə, həmçinin qarşılıqlı əməkdaşlığı yeni istiqamətlər üzrə genişləndirməyə hazır olduğunu bildirib.

S.Babayev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyin olunması münasibətilə Saşa Bakesi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir yeni ölkə menecerinin Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonda tərəflər qarşılıqlı maraq doğuran iqtisadi və maliyyə məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər