Bakıda bu bağçada uşaqlara qarşı edilən zorakılıq DİN tərəfindən araşdırılır
Daxili İşlər Nazirliyi (DİN) Badamdarda yerləşən "EOS uşaq inkişaf mərkəzi"ndəki hadisə ilə bağlı araşdırma aparır.
Bu barədə Far.Az-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nəzrin Adıgözəlzadə bildirib.
"Yayılan görüntülər polis tərəfindən araşdırılır. Azyaşlıya qarşı zorakı hərəkətlər edilməsi ilə bağlı valideynin və mərkəz rəhbərliyinin müraciəti var. Hər iki müraciət üzrə prosessual araşdırmalar davam etdirilir" -deyə Nəzrin Adıgözəlzadə qeyd edib.
*** 17:15
Badamdarda yerləşən "EOS Junior" uşaq bağçasından zorakılıq iddialarına cavab verilib.
Bağçanın icraçı direktoru Şəfəq Həsənzadə Far.Az-ə açıqlamasında bildirib ki, həmin işçi işdən çıxarılıb və bununla bağlı şikayətə hüquqi qiymət verilib.
*** 15:25
Paytaxtda bağçalardan birində uşaqların zorakılığa məruz qaldığı iddia olunur.
Bu barədə Far.Az-in "Qaynar xətti"nə şikayət daxil olub.
Kadrlar Badamdar qəsəbəsində yerləşən "EOS Junior" uşaq bağçasındandır.
Valideyn iddia edib ki, bağçadakı uşaqlar kameralar olmayan otaqlara aparılaraq döyülür və onlara hədə-qorxu gəlinir.
Şikayətçi bu zorakılığı məktəb direktorunun etdiyini də iddia edib.
Valideynin sözlərinə görə, uşaqları döyən bu qadın barədə bir neçə dəfələrlə şikayət edilib, lakin o hələ də uşaqları döyərək işləməyə davam edir.
Şikayətdə həmçinin qeyd edilib ki, bağçadan çıxarılan uşaqlar hazırda pisixoloji dəstək alır.
Far.Az-in əldə etdiyi məlumata görə, məsələ ilə bağlı polis araşdırma aparır.
Oxşar xəbərlər
32 saylı bağçada uşaqlara iylənmiş ətdən yemək bişirilir? - RƏSMİ CAVAB
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir - İDDİA
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Bakıda sürücülər üçün 40 manatlıq "tələ"













