Naxçıvanda musiqi və incəsənət məktəblərində boş qalan yerlərə şagird qəbulu elan olunub
Naxçıvan Muxtar Respublikasında musiqi və incəsənət məktəblərində boş qalan yerlərə şagird qəbulu elan olunub.
Muxtar Respublikanın Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, nazirlik sistemində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində boş qalan yerlərə şagird qəbulu 10-13 sentyabr tarixlərini əhatə edəcək.
Müsabiqədə yalnız cari tədris ili üzrə qəbul imtahanında iştirak edərək 50 və daha yuxarı bal toplamış, ixtisas və məktəb seçimi etməmiş, həmçinin əvvəlki mərhələdə qəbul müsabiqəsi çərçivəsində keçid balı toplamış, lakin ixtisas və məktəb seçimi edərək qəbul ola bilməmiş namizədlər iştirak edə bilərlər.
Boş yerlər Naxçıvan şəhəri ilə yanaşı, Babək, Şahbuz, Culfa, Ordubad və Şərur şəhərlərində, eləcə də Cəhri, Qıvraq, Nehrəm qəsəbələrində, Şıxmahmud, Zeynəddin, Kolanı, Ələkli kəndlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərini əhatə edir.
Namizədlər, əsasən, musiqi istiqaməti üzrə fortepiano, violin, tar, kamança, qanun, saz, qarmon, nağara, vokal ixtisasları üzrə boş yerlər üçün seçim edə bilərlər.
Qeydiyyat "MyCulture" şəxsi kabineti vasitəsi ilə onlayn formada aparılır.
Oxşar xəbərlər
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
ABŞ Nəqliyyat Nazirliyi "Ford"dan Çinlə əməkdaşlığı dayandırmağı tələb edib
-
Zərdabda dəhşətli yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb













