İrandan ABŞ-nin İordaniyadakı bazasına zərbə: hərbi təyyarələrə ziyan dəyib
İranın İordaniyada yerləşən ABŞ hərbi bazasına endirdiyi raket zərbəsinin nəticələri ilə bağlı yeni detallar açıqlanıb.
Far.Az CBS-ə istinadən xəbər verir ki, sentyabrın 9-na keçən gecə "Muvaffaq-Salti" aviabazasına həyata keçirilən hücum zamanı bir neçə ABŞ hərbi təyyarəsi zədələnib.
Bildirilir ki, zərbələr nəticəsində A-10 "Thunderbolt" hücum təyyarələrindən biri ciddi zədələnib və onun qanadlarından biri qopub. Bundan əlavə, təxminən səkkiz F-15 qırıcısına da yüngül ziyan dəyib. Həmin təyyarələrin sonradan yenidən istifadəyə qaytarıldığı qeyd olunur.
Məlumata əsasən, ABŞ qüvvələri hücumun qarşısını almaq üçün "Patriot" hava hücumundan müdafiə sistemlərindən 30-dan çox raket atıb.
İordaniya tərəfinin məlumatına görə hücum zamanı İrana məxsus 20 ballistik raketdən 18-i havada zərərsizləşdirilib, ikisi isə yaşayış olmayan ərazilərə düşüb. ABŞ rəsmiləri bazadakı son hücumla bağlı itkilərin olmadığını bildiriblər.
Oxşar xəbərlər
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













