Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib
Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub.
Far.Az-in Lənkərana ezam olunmuş müxbiri xəbər verir ki, mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi, turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsi olub.
Səfər zamanı media nümayəndələri Mir Əhməd xanın tarixi evində fəaliyyət göstərən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək şəhərin tarixi və mədəni irsi barədə məlumat əldə ediblər.
Daha sonra Hirkan Milli Parkı və Xanbulan gölü ziyarət olunub, Lənkəranın təbii turizm imkanları barədə məlumat verilib. Proqram çərçivəsində çayçılıq və çay istehsalı prosesi təqdim olunub, eləcə də Arıçılıq Muzeyində apiterapiyanın tətbiqi imkanları barədə məlumat verilib.
Səfər müddətində media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə MEDİATUR
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7













